AZ

“Bu, mənə kifayətdir - Oynayıb-oynamamağımın fərqi yoxdur”

“Ən böyük üstünlüyümüz kollektiv daxilində ailə ab-havasının və birliyin olmasıdır”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Kəpəz”in futbolçusu Əli Səmədov səsləndirib.

28 yaşlı yarımmüdafiəçi komandanın əsas üstünlüyünü vurğulayıb:

“Ola bilər ki, fərdi keyfiyyət baxımından bəzi klublardan geri qalaq, amma komanda ruhu baxımından belə düşünmürəm. Məhz bunun nəticəsində yaxşı mövsüm keçirdik və qarşımıza qoyulan minimum hədəfə çatdıq.

Kapitan kimi həm meydanda, həm də meydandan kənarda üzərimə düşən məsuliyyəti yerinə yetirməyə çalışıram. Məşqçilər heyəti və rəhbərliklə birlikdə komandanın toparlanması üçün əlimdən gələni edirəm.

Oynayıb-oynamamağımın fərqi yoxdur. Mən özüm də gəncəliyəm. Əsas odur ki, komandam uğurlu nəticələr qazansın. Bu, mənə kifayətdir”.

Seçilən
50
sportinfo.az

1Mənbələr