ABŞ-də fəaliyyət göstərən ən böyük uşaq xəstəxanalarından biri gender keçidi prosedurlarında iştirak etmiş beş həkimi işdən çıxarmaq qərarı verib.
Musavat.com xəbər verir ki, xəstəxana eyni zamanda gender keçidi qərarından imtina edən azyaşlılar üçün xüsusi klinika yaradacaq.
Məlumata görə, yeni bölmədə əvvəllər hormonal terapiya və digər keçid prosedurlarına başlamış, lakin sonradan bu qərardan vaz keçmiş uşaqlara tibbi və psixoloji dəstək göstəriləcək.
Qeyd olunur ki, qərar ABŞ-də azyaşlılar arasında gender keçidi məsələsi ətrafında davam edən geniş ictimai müzakirələr fonunda qəbul edilib.
Musavat.com