AZ

Kənd təsərrüfatında yeni era – Çin alimləri heyvanları belə çoxaldır

Çində heyvanların kütləvi klonlanması üzrə yeni uğur əldə olunub.

Musavat.com xəbər verir ki, Çin alimləri yüksək südvermə qabiliyyəti ilə tanınan zaanen cinsindən altı süd keçisini uğurla klonlayıblar.

Məlumata görə, bu cins dünyada ən məhsuldar süd keçilərindən biri hesab olunur. Layihənin heyvandarlıq və seleksiya sahəsində mühüm dönüş yaradacağı bildirilir.

Alimlərin fikrincə, yeni texnologiya yüksək məhsuldarlığa malik heyvanların sayının sürətlə artırılmasına imkan verəcək. Qeyd olunur ki, gələcəkdə bu üsulun digər kənd təsərrüfatı heyvanlarına da tətbiqi planlaşdırılır.

Musavat.com

Seçilən
1
7
musavat.com

8Mənbələr