AZ

30 illik hadisə yenidən alovlandı – 94 yaşlı siyasətçi hədəfdə

ABŞ administrasiyasının Kubaya qarşı yeni addımları müzakirə etdiyi bildirilir.

Musavat.com Reuters və New York Times nəşrlərinə istinadən xəbər verir ki, Tramp administrasiyası Kubaya qarşı təzyiq variantlarını və 94 yaşlı Raul Kastro ilə bağlı mümkün cinayət işini müzakirə edir.

Məlumata əsasən, söhbət 1996-cı ildə Kuba hərbi qüvvələrinin iki təyyarəni vurması hadisəsindən gedir. Həmin dövrdə Raul Kastro ölkənin silahlı qüvvələr naziri vəzifəsində çalışırdı.

ABŞ mediasının yazdığına görə, Vaşinqtonda Kuba rəhbərliyinə qarşı yeni təzyiq mexanizmləri və mümkün hüquqi addımlar nəzərdən keçirilir. Müzakirələrdə Raul Kastronun həmin hadisə ilə bağlı məsuliyyət məsələsinin də gündəmə gətirildiyi bildirilir.

Musavat.com

Seçilən
41
3
musavat.com

4Mənbələr