AZ

Nigeriyada 42 məktəbli qaçırılıb

Yazını böyüt
Yazını kiçilt

Nigeriyanın şimal-şərqində silahlı şəxslər 42 məktəblini qaçırıblar.

Hafta.az xəbər verir ki, bu barədə Borno ştatının qanunverici şurasının nümayəndsi Məhəmməd Əli Numi məlumat verib.

Onun sözlərinə görə, qaçırılma hadisəsi ölkənin şimal-şərqində, Sambisa meşəsinin yaxınlığında yerləşən Musa kəndindəki ibtidai məktəbdə baş verib.

Yerli sakinlərin məlumatına görə isə girov götürülənlərin sayı 48 nəfərdir. Məlumata görə, hadisə cümə günü Nigeriya hərbi qüvvələrinin ərazidən geri çəkilməsindən dərhal sonra baş verib. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Qeyd olunur ki, bölgədə “Boko Haram” və “İŞİD – Qərbi Afrika vilayəti” terror təşkilatları fəaliyyət göstərir.

Seçilən
10
6
hafta.az

8Mənbələr