Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının deputatı, “Yüksəliş” Hərəkatının sədri Bobur Bekmurodov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumunda bəyan edib:
“Biz ciddi bir mövzunu müzakirə etmək üçün Bakıdayıq. Liderlərimiz arasında güclü etimad və sıx dostluq var. Xalqlarımızın birliyə güclü istəyi var, amma bu proses QHT-lər sahəsində hələ də institutlaşmayıb. QHT-lərimiz arasında əməkdaşlıq hələ də mütəşəkkil deyil. Xarici qrantlara etibar etməyi dayandırmalıyıq.
Türk dünyası qardaş ailəsidir. Öz daxili maliyyələşdirmə sistemimizi yaratmalıyıq. İnanıram ki, bu forum tarixi bir addım olacaq”.