AZ

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

"Ölkə Az" xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli bildirib.

Onun sözlərinə görə, COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi beynəlxalq birliyin ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətinə və təhlükəsizlik mühitinə olan inamının göstəricisidir.

Vasif Həsənli həmçinin qeyd edib ki, hazırda Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda sıfırdan müasir, ekoloji təmiz, "ağıllı" şəhər və kəndlər inşa edir. 

O, düşünür ki, Bakıda təşkil olunacaq WUF13 tərbiri də Azərbaycanın unikal təcrübəsini dünyaya təqdim etmək üçün ideal platformaya çevriləcək:

“Çünki Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinin timsalında münaqişədən zərər çəkmiş ərazilərin ən müasir şəhərsalma standartları ilə yenidən qurulması qlobal miqyasda post-münaqişələrin bərpası üçün yaxşı nümunə rolunu oynayır. Hesab edirəm ki, beynəlxalq forum iştirakçıları nəzəriyyələrin real həyatda sıfırdan necə tətbiq olunduğunu məhz Azərbaycanın timsalında görə biləcəklər”.

Seçilən
26
6
olke.az

7Mənbələr