"Özüm yetim olsam da, sizi yetim qoymadım"
Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl baş tutan konsertində maraqlı an yaşanıb.
"aia.az" xəbər verir ki, fanatlarından biri səhnəyə çıxaraq Divaya gül dəstəsi verib. O bildirib ki, ad gününü Aygün Kazımova ilə keçirmək üçün ABŞ-dən gəlib.
Fanatının "Çox sağ olun, bizi yetim qoymadınız. Bu gün ad günümü sizinlə keçirmək üçün 11 min kilometr uzaqdan gəlmişəm" sözlərinə Pop kraliça "Özüm yetim olsam da, sizi yetim qoymadım" cavabını verib.
Qeyd edək ki, bir müddət əvvəl Aygün Kazımovanın səhhətində problem yaranmış və müalicə almışdı. (Axşam.az)