ain.az, Modern.az portalına istinadən məlumat verir.
Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırdır.
Modern.az xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.
"Bakı hazırdır. Hər şey hazırdır. Dünya WUF13-də birləşir. Sabah ideyalar, şəhərlər və icmalar şəhər həyatının gələcəyini formalaşdırmaq üçün Azərbaycanda bir araya gələcəklər", - paylaşımda bildirilib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.