AZ

Qurban Qurbanov: “Bəzi futbolçularla vidalaşacağıq”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 32-ci turunda “İmişli”ni 3:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavaablandırıb:

– Futbolçularımı təbrik edirəm. Vacib qələbədir. Avropa Liqasına vəsiqəni təmin etdik. Bəlkə də oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini deyə bilmərəm. Komandamda motivasiya yerində idi və buna görə yaxşı qalibiyyət əldə edə bildik. Stadionda olan hər kəsə təşəkkür edirəm. “İmişli”yə də təşəkkürlər düşür. Premyer Liqada ilk illəri idi və buna baxmayaraq, çox yaxşı çıxış etdilər.

– Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?

– Hələ heç kimlə razılığıa gəlməmişik. Düzdür, çox oyunçu ilə danışıqlar gedir. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.

Seçilən
33
9
publika.az

10Mənbələr