Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
"Komandamız bütün iştirakçılar üçün fasiləsiz, səmərəli və yaxşı təşkil olunmuş qeydiyyat və akkreditasiya prosesinin təmin edilməsi üzərində intensiv şəkildə çalışır", - paylaşımda bildirilib.