

Müəllif
Raxshanda
WUF13 Bakıda işə başlayırForum çərçivəsində nazirlər görüşü və müxtəlif assambleyalar keçiriləcək.BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən WUF13 mayın 17-də Bakıda işə başlayacaq. Ulusum.az xəbər verir ki, tədbirin açılışı BMT və Azərbaycanın dövlət bayraqlarının qaldırılması mərasimi ilə olacaq. Forumun ilk günündə Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş keçiriləcək. Toplantıda proqramın icra vəziyyəti, mövcud problemlər və gələcək hədəflər müzakirə olunacaq. WUF13 çərçivəsində birgə açılış sessiyası ilə yanaşı bir sıra assambleyalar da təşkil ediləcək. Proqrama əsasən Qadınlar, Biznes, Uşaq və gənclər, eləcə də yerli və regional hökumətlərin assambleyaları baş tutacaq. Tədbirlər sırasında GWOPA Assambleyası da ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçiriləcək. Forum mayın 17-dən 22-dək Bakı şəhərində "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Sessiya və tədbirlərin tam proqramı WUF13-ün rəsmi səhifəsində yerləşdirilib.
Diqqət Çəkənlər
Bir neçə gün yağıntılı hava gözlənilir - Xəbərdarlıq
WUF13 mayın 17-də Bakıda işə başlayacaq