AZ

Mourinyu onu "Real"a gətirəcək

Portuqaliyalı mütəxəssis Joze Mourinyunun yenidən "Real Madrid"in sükanı arxasına keçməyə yaxın olduğu iddia edilir.

Fanat.Az xəbər verir ki, "Hochi" nəşrinin yaydığı məlumata görə, təcrübəli baş məşqçinin Madrid klubundakı yeni layihəsi üçün əsas transfer hədəfi Hidemasa Moritadır.

Joze Mourinyunun "Sportinq"də çıxış edən yaponiyalı yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirdiyi və onunla orta xətti gücləndirmək istədiyi bildirilir.

Karyerası ərzində Portuqaliya çempionatında nümayiş etdirdiyi stabil performansla diqqət çəkən 31 yaşlı futbolçu tezliklə İspaniya nəhənginə keçə bilər.

Seçilən
6
1
fanat.az

2Mənbələr