Azərbaycan Premyer Liqasının 32-ci turunda keçiriləcək “Sabah” – “Neftçi” matçına satılan biletlərin sayı açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmaya 4 min bilet satılıb. Hazırda da satışlar davam edir.
Xatırladaq ki, oyun günü stadionda “Sabah”ın “qızıl dubl” ilə bağlı şou təşkil ediləcək.