Türkiyəli məşhur aktyor Emre Kıvılcım ilə özbək aktrisa Yıldız Rajabova ailə həyatı qurublar.
Cütlüyün toyu Özbəkistanda keçirilib. Toydan görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Emre Kıvılcım daha çox tarixi və aksiyon janrlı ekran işlərində canlandırdığı obrazlarla tanınıb. O, “Elif”, “Adı Sevgi”, ”Kuruluş Osman” kimi layihələrdə rol alıb. (Axşam.az)