AZ

Vens: Xarici terror təşkilatları ABŞ büdcəsindən vəsait almış ola bilər

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, xarici terror qrupları ABŞ-da baş verən fırıldaq nəticəsində federal büdcə vəsaitlərini əldə etmiş ola bilərlər.

Bizimyol.info xəbər verir ki bu barədə Vens "Fox News" telekanalına müsahibəsində qeyd edib.

“Biz mütləq qeyd etmişik ki, bəzi xarici ölkələrin hakimiyyət orqanları və ya xarici terror təşkilatları potensial olaraq bu resurslar hesabına zənginləşə biliblər”, - deyə o bildirib.

Vitse-prezident konkret qrupları və proqramları açıqlamayıb, amma qeyd edib ki, ABŞ-da qeyri-qanuni miqrantların federal proqramlar çərçivəsində ayrılan maliyyə vəsaitlərini fırıldaq yolu ilə əldə edib Latın Amerikası ölkələrində fəaliyyət göstərən narkokartellərə ötürdüyü hallar aşkar olunub. ABŞ administrasiyası bu kartellərin bir çoxunu terror təşkilatı kimi qiymətləndirir.

“Bu başa düşülməzdir: siz vergilərinizi ödəyirsiniz, amma həmin vəsaitlər terrorçulara gedir, halbuki ölkəniz bu terrorçuların digər amerikalıları öldürməsinin qarşısını almağa çalışır. Bu şok edici reallıqdır, lakin federal hökumət buna göz yumduqda belə hallar baş verir”, - deyə Vens əlavə edib.

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ Prezidenti Donald Tramp elan etmişdi ki, Vens ABŞ-da fırıldaqçılıqla mübarizəyə cavabdeh olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr