AZ

Bizdə bu da oldu - Aşağı liqa klubu “boyundan yuxarı tullandı”

II Liqada yarışan «Dinamo» yeniliyə imza atıb.

Yarımpeşəkar statuslu çempionatın iştirakçısı Avropa Klublar Birliyinə (ECA) müraciət edib.

«Polislər»in məqsədi qitənin nufuzlu təşkilatına üzv olmaq və bununla beynəlxalq miqyasda yeni əlaqələr qurmaq, inkişaf etməkdir.

Maraq üçün deyək ki, Azərbaycandan 10-a yaxın klub ECA-nın üzvüdür. Onların hamısı Premyer Liqanın təmsilçisidir.

Burada bizim I Liqa və II Liqadan heç kim yoxdur. «Dinamo»nun təşəbbüsü qurum tərəfindən məqbul qarşlansa, bu cığır da açılmış sayılacaq.

2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurum Avropada klubların maraqlarını müdafiə edir.

Qitənin bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir.

Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.

«Qarabağ»ın İdarə Heyətinin üzvü Asif Əsgərov sözügedən təşkilatın İcraiyyə Komitəsinin aparıcı simalarından biridir.

SPORTİNFO.AZ

Seçilən
46
sportinfo.az

1Mənbələr