AZ

"Şamaxı"ya bundan sonra uğurlar arzulayıram" - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının 32-ci turunda evdə "Turan Tovuz"u məğlub etdi - 3:2.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında iştirak etdi:

"Evdə son oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. "Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik. "Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Azarkeşlərə təşəkkür edirəm. Bir oyun qalıb. "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram".
Seçilən
2
7
football-plus.az

8Mənbələr