Rusiya Prezidenti Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Yaxın Şərqdəki böhranı müzakirə edib.
Azreform.info xəbər verir ki, Putin Ukrayna münaqişəsi kontekstində humanitar məsələlərin həllində göstərdiyi müntəzəm köməyə görə BƏƏ-yə təşəkkür edib.
Putin və Məhəmməd bin Zayed Əl Nəhyan region dövlətlərinin maraqlarını nəzərə alan sülh razılaşmalarının əldə edilməsinə yönəlmiş siyasi və diplomatik səylərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər həmçinin Rusiya ilə BƏƏ arasında siyasi, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər və gələcək dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Putin həmçinin Ukraynadakı münaqişə kontekstində humanitar məsələlərin həllində göstərdiyi köməyə görə BƏƏ-yə təşəkkür edib.
Elvin
Azreform.info