Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. O, həmçinin Rusiyanın Ermənistana qazı güzəştli şərtlərlə ixrac etdiyini diqqətə çatdırıb. Volodinin sözlərinə görə, Rusiya Ermənistana 1 000 kubmetr qazı 177,5 dollara satır, halbuki Avropada bu göstərici 633 dollara çatır. Dövlət Dumasının sədri əlavə edib ki, Ermənistan ixracının təxminən dörddə biri Rusiya bazarının payına düşür. Bununla belə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə müzakirələr fonunda iki ölkə arasında ticarət dövriyyəsi artıq 45,4 % azalıb. M.Həsənli
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.