AZ

Berdiyev “Turan“ın böyüklərindən tələb etdi - 5-6 səviyyəli yeni transfer olmasa…

Misli Premyer Liqasının 2025/26 mövsümünün üçüncü mükafatçısı və ölkəmizin avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib.

“Sabah”la “Qarabağ”ın ardından “Turan Tovuz” buna nail olub.

Kurban Berdıyevin baş məşqçisi olduğu komanda XXXI turun “Karvan-Yevlax”la ev oyunundakı qələbə ilə (1:0) xallarının sayını 59-a çatdırıb.

Bununla da Tovuz klubu ilk “üçlük”də yerini təmin edib.

Bu qələbədən sonra “Neftçi” və “Zirə” üçün əlçatmaz olan Qərb təmsilçisinin gümüş, yoxsa bürünc medallara sahib çıxacağı son 2 turda dəqiqləşəcək.

İlk medalını təmin edən “Turan Tovuz” çempionatın tarixinə mükafat sahibi olan 21-ci komanda kimi düşüb.

Əvvəlki 33 mövsümdə (2001/02 mövsümü başa çatmayıb) 20 komanda mükafata yiyələnib.

“Neftçi” hamıdan çox – 21 dəfə medalçılar sırasında yer alıb. “Qarabağ” cari mövsümdə özünün 20-ci mükafatını əldə etsə də, medalın əyarı hələ dəqiqləşməyib.

Rusiyalı çalışdırıcı avrokubok öncəsi transfer planlarıyla rəhbərliyi tanış edib. “Baba“ ləqəbli sükançı ən azı 5-6 yeni legionerin alınmasını istəyib.

74 yaşlı mütəxəssis bildirib ki, onun düşərgədən göndərmək istədiyi oyunçuların sayı bu rəqəmdən daha çox olacaq. Sadəcə, o, daha səviyyəli futbolçuların gətirilməsi tələbi irəli sürüb.

Bir sözlə, transferlərə ayrılan vəsaitin miqdarı ötən yayla müqayisədə artırılmalıdır

Berdiyev qəti şəkildə deyib ki, dedikləri həyata keçirilməsə, qitə arenasında komandadan normal nəticə gözləməsinlər.

SPORTİNFO.AZ

Seçilən
40
sportinfo.az

1Mənbələr