ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, o, evdə 3:2 hesablı qələbəni belə şərh edib:
"Son ev oyunumuzda xal qazanmaq istəyirdik. Bilirdik ki, bizim kimi komandaların belə yerlərdə olması vacibdir. Şükürlər olsun, qələbə qazandıq. "Turan Tovuz"a qarşı matçlarımız gərgin, maraqlı keçir. Səhv etmirəmsə, onlarla görüşlərdə ilk qələbəmizi əldə etdik. Fanatlara təşəkkür edirəm ki, bizi dəstəklədilər. Hər kəsə "çox sağ ol" deyirəm. "Şamaxı"ya uğurlar. Qarşıda son oyunumuz qalıb, bu matçdan da xal qazansaq, sevinəcəyik. Klubdakı hər kəsə təşəkkür etmək istəyirəm. Futbolçular bu ağır qrafikdə ruhdan düşmədi, bir çoxu inkişaf etdi, iddialı komandalara namizəd oldular".
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.