AZ

Banqkokda dəmir yolu keçidində qəzada xəsarət alanların sayı 32 nəfərə çatıb - YENİLƏNİB

Banqkokda dəmir yolu keçidində yük qatarı, sərnişin avtobusu və minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların sayı 32 nəfərə çatıb.

"Far.Az"un "Thai PBS" telekanalına istinadən məlumatına görə, qəzada səkkiz nəfər ölüb.

İlkin məlumata görə, qəzaya avtobusun dəmir yolu relslərində dayandıqdan sonra avtomatik maneə sistemini bağlaması səbəb olub.

Tailandın paytaxtı Banqkokda dəmir yolu keçidində yük qatarının sərnişin avtobusu və minik avtomobilləri ilə toqquşması nəticəsində 8 nəfər ölüb.

"Far.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə "Thairath" qəzeti məlumat yayıb.

Bildirilib ki, avtomobillər keçiddə dayanarkən qatar onları vurub. Qəza nəticəsində avtobus və minik avtomobili yanıb, alov sürətlə yayılaraq təxminən daha 10 maşını bürüyüb.

Məlumata görə, yaralılara yardım göstərilib.

Seçilən
86
3
far.az

4Mənbələr