AZ

Buna görə Hindistanda konsert verə bilməyəcək

Hindistanda amerikalı reper Kanye Uestin konserti təhlükəsizlik səbəbindən ləğv edilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin mayın 23-də Yeni Dehlidə yerləşən Javaharlal Nehru stadionunda konserti planlaşdırılırdı. 

Bildirilib ki, Hindistan hökuməti və polisinin xəbərdarlıqlarından sonra paytaxtda yüksək təhlükəsizlik rejimi tətbiq olunub. Təşkilatçılar təhlükəsizliyin onlar üçün hər şeydən vacib olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu konsert ölkə tarixinin ən böyük musiqi tədbirlərindən biri hesab olunurdu. Məlumata görə, tədbirin oktyabra keçirilməsi planlaşdırılır. Lakin hələlik yeni tarix açıqlanmayıb.

Konsert əvvəlcə martın 29-na planlaşdırılmışdı. Həmin vaxt da regionda artan ictimai-siyasi gərginlik səbəbindən təxirə salınmışdı.

"Cebheinfo.az"

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr