AZ

Azərbaycan Etnosport Festivalında zorxana ilə təmsil olunacaq

Türkiyədə keçiriləcək VIII Etnosport Mədəniyyət Festivalının qonaq ölkələri açıqlanıb.

90deqiqe.Az "TRT Haber"ə istinadən xəbər verir ki, festivalda bu il Azərbaycan, Litva və Rusiya qonaq ölkə statusunda iştirak edəcək. Məlumatı Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan festivalın tanıtım toplantısında səsləndirib.

O bildirib ki, festival müxtəlif xalqların öz milli-mədəni irsini nümayiş etdirməsi baxımından mühüm platformadır:

“Festivalımız hər il qonaq ölkələrin ənənəvi idman növlərini və mədəni dəyərlərini ön plana çıxarır. Bu ilin qonaq ölkələri Azərbaycan, Litva və Rusiyadır”.

Azərbaycan festivalda zorxana idman növü ilə təmsil olunacaq.

Qeyd edək ki, VIII Etnosport Mədəniyyət Festivalı mayın 21-dən 24-dək Atatürk Hava Limanı ərazisində təşkil olunacaq.

Seçilən
0
3
90deqiqe.az

4Mənbələr