AZ

Qarabağ Avropa, Turan Tovuz Konfrans Liqasında

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 16 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha 2 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ" doğma meydanda "İmişli"yə 3:0, "Şamaxı" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.

Bununla da növbəti mövsümdə "Qarabağ"ın UEFA Avropa Liqasında, "Turan Tovuz"un isə Konfrans Liqasında çıxış edəcəyi dəqiqləşib.

Qeyd edək ki, XXXII turun əvvəlki oyunlarında "Qəbələ" "Karvan-Yevlax"a 2:1, "Araz-Naxçıvan" isə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. Tura mayın 17-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
azertag.az

8Mənbələr