İranın dövlət televiziyasında yayımlanan proqramların birində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı açıq təhdid nümayiş etdirilib.
Musavat.com xəbər verir ki, dövlət kanalının aparıcısı canlı yayım zamanı odlu silahdan istifadə qaydaları üzrə master-klass keçərkən BƏƏ-nin dövlət bayrağına atəş açıb.
Sosial şəbəkələrdə və regional mediada böyük rezonans doğuran bu hadisə, iki ölkə arasındakı diplomatik gərginliyin media müstəvisindəki ən kəskin təzahürü kimi qiymətləndirilir. Canlı yayımda baş verən bu insidentin rəsmi Tehran və Əbu-Dabi münasibətlərinə necə təsir edəcəyi barədə hələlik rəsmi şərh verilməyib.
Musavat.com