AZ

EFES 2026 dünyanı heyrətləndirdi: Türkiyənin F 16 ları nəfəs kəsən şou göstərdi

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Türkiyə Silahlı Qüvvələrinin EFES-2026 hərbi təlimi çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Çanaqqala səmasında nəfəskəsən görüntülər yaradıb.

Sherg.az xəbər verir ki, general Dynamics F-16 Fighting Falcon tipli döyüş təyyarələri Gelibolu Tarixi Yarımadası üzərində kordinasiyalı uçuşu həyata keçirərək Şəhidlər Abidəsi, Kilitbahir qalası və 1915 Çanaqqala körpüsü üzərində görüntülənib.

EFES-2026 Tatbikatı çərçivəsində quru, hava və dəniz qüvvələrinin koordinasiyalı fəaliyyəti nümayiş etdirilib. Təlimə 50 ölkədən müşahidəçi və hərbi heyətlə birlikdə 10 mindən çox şəxsin qatıldığı bildirilib.

Təlimdə ilk dəfə “Panter” haubitsası, “Karaok” tank əleyhinə sistemi və yerli istehsal olan “Karayel” hücumbotları da istifadə olunub. Türkiyə Müdafiə Nazirliyi mayın 20-21-də keçiriləcək “Seçkin Müşahidəçi Günü” çərçivəsində müdafiə sənayesi sərgisinin təşkil ediləcəyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
sherg.az

1Mənbələr