“Sabah” basketbol komandasının rəhbərliyi bu gün gözlənilməz addım atıb. Belə ki, “bayquşlar”ı son üç mövsümdə çempion edən Rimas Kurinaytislə yollar ayrılıb. Halbuki cəmi 10 gün əvvəl final seriyasında “Abşeron Layons” üzərində qələbə qazanmaqla növbəti çempionluğu bayram edən litvalı mütəxəssisin şəninə difiramblar oxunurdu.
Klubun yaydığı məlumatdan belə aydın olur ki, tərəflər mütəxəssisin qarşıdakı dövrdə Litvanın kişilərdən ibarət basketbol yığmasındakı işinə daha çox vaxt ayırmaq niyyətini nəzərə alaraq, əməkdaşlığı bitirməklə bağlı qarşılıqlı razılığıa gəlib. Maraqlıdı ki, 10 gün əvvəl bu haqda danışan yox idi! Bunu dünən 66 yaşını tamamlayan Kurtinaytisə doğum günü "hədiyyəsi" kimi də qəbul etmək olar...
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta