"İnter"in sabiq kapitanı Yuto Naqatomo Yaponiya millisinə çağrılması xəbərinə emosional reaksiya verib.
QOL.az xəbər verir ki, təcrübəli müdafiəçinin mundiala yollanacaq heyətdə yer alacağı rəsmən açıqlanıb. Hazırda "Tokio" klubunun şərəfini qoruyan 39 yaşlı futbolçu adını siyahıda gördükdən sonra göz yaşlarını saxlaya bilməyib.
Bu, Naqatomonun karyerasında ardıcıl 5-ci dünya çempionatı olacaq. Futbolçu Yaponiya yığmasının heyətində ümumilikdə 144 oyun keçirib. Bu, ölkə futbolu tarixində ikinci ən yüksək göstəricidir. Rekord isə 152 matçla Yasuhito Endoya məxsusdur.