AZ

“Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

“Sabah” Basketbol Klubu baş məşqçi Rimas Kurtinaytis ilə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığını elan edib.

Apasport.az xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidməti məlumat yayıb.

"Rimas Kurtinaytis klubumuzda çalışdığı müddətdə peşəkarlığı, təcrübəsi və liderlik keyfiyyətləri ilə komandamızın inkişafına və uğurlarına mühüm töhfə verib. Onun rəhbərliyi altında komandamız ardıcıl üç dəfə ölkə çempionu olub. Azərbaycan basketbolunu beynəlxalq arenada uğurla təmsil edib.

Rimas Kurtinaytis uzun illər ərzində Azərbaycan basketbolunun inkişafında da mühüm rol oynayıb. Klubumuz onun ölkə basketboluna verdiyi töhfələri yüksək qiymətləndirir.

Tərəflər qarşıdakı dövrdə məşqçinin kişilərdən ibarət basketbol üzrə Litva milli komandasındakı fəaliyyətinə daha çox diqqət ayırmaq istəyini nəzərə alaraq, əməkdaşlığın başa çatdırılması barədə qarşılıqlı razılığa gəliblər.

“Sabah” Basketbol Klubu Rimas Kurtinaytisə klubumuza verdiyi töhfəyə, peşəkar fəaliyyətinə və əməyi üçün təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, Rimas Kurtinaytis 2024-cü ildən "Sabah"a rəhbərlik edirdi.

“Neftçi”nin heyəti bəlli oldu

“Sabah” ardıcıl 4-cü dəfə ABL-in qalibi olub

“Sabah” növbəti çempionluğunu qazana bilər

“Sabah”dan növbəti qələbə

“Sabah” seriyaya qələbə ilə başladı

Seçilən
21
9
apasport.az

10Mənbələr