AZ

Onlar da boşandı - FOTOLAR

Türkiyəli aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosun 8 illik evliliklərini rəsmi qaydada sonlandırıblar.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şou aləminin nümunəvi cütlüklərindən hesab olunan və 2018-ci ildə böyük sevgi ilə ailə quran aktyorlar ötən bazar ertəsi məhkəmə qarşısına çıxıb.

Qarşılıqlı razılıq əsasında boşanmaq üçün məhkəməyə müraciət edən cütlüyün 8 illik nikahı bir iclasda bitib. Məhkəmənin qərarı ilə 6 yaşlı oğulları Marselin qəyyumluğu anası Cansu Tosuna verilib.

Məlumata görə, ayrılıq qərarı tamamilə ortaq şəkildə qəbul olunub. Onların münasibətlərini dostcasına sonlandırdığı və oğulları üçün bundan sonra da sağlam münasibəti davam etdirəcəkləri qeyd olunub.

Qeyd edək ki, Erkan Kolçak Köstendil və Cansu Tosun ilk dəfə 2016-cı ildə yayımlanan “Familya” serialının çəkiliş meydançasında tanış olublar. 2018-ci ilin avqustunda Antalyada festival konseptli toy mərasimi ilə ailə qurublar, 2020-ci ildə oğulları Marsel dünyaya gəlib. 

 








Seçilən
23
6
bakivaxti.az

7Mənbələr