AZ

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “CDS Defence”, qardaş ölkəmiz Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub. Şirkətin Azərbaycan İdarə Heyəti sədrliyinə Baran Çelik təyin edilib.

Bizimyol.info xəbər verir ki, bu şirkətdən verilən məlumatda qeyd edilib.

Şirkət Azərbaycanda aşağıdakı sahələrdə fəaliyyət göstərəcək:

Orta kalibrli 25-30-35 mm mərmilərin istehsalı və satışıBöyük kalibrli 122-152-155 mm artilleriya mərmilərinin istehsalı və satışı107 və 122 mm artilleriya raketlərinin istehsalı və satışıMK seriyası hava-dənizə bombalarının istehsalıVakum altında TNT doldurma zavodlarının quraşdırılmasıYuxarıda qeyd olunan məhsulların “açar təslim” tipli zavod quraşdırmaları

Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında həm iqtisadi, həm də strateji əlaqələrin güclənməsi baxımından önəmli addım kimi qiymətləndirilir. “CDS Defence”in Azərbaycanda fəaliyyəti regional müdafiə sənayesi üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin müdafiə potensialının artırılmasına da töhfə verəcək.

Rəsmi açıqlamada vurğulanır ki, bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
5
bizimyol.info

6Mənbələr