AZ

BƏƏ İsrailə nota göndərdi - Netanyahunun gizli səfəri ilə bağlı...

İsrailin Baş naziri Benyamin Netanyahunun əvvəllər açıqlanmayan Əbu-Dabi səfəri barədə məlumatların mediaya sızması BƏƏ-də ciddi narazılıq yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “I24” agentliyi xəbər verir ki,

Məlumata görə, xüsusilə İsrailin Baş Nazir Ofisinin səfəri təsdiqləməsindən sonra Əmirliklər tərəfi İsrailə rəsmi etiraz notası göndərib.

Bildirilir ki, bu mesaj BƏƏ-nin İsraildəki səfiri Əl-Həcc tərəfindən İsrail Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına birbaşa çatdırılıb.

Mənbənin “I24”ə dediyinə görə, Əmirlik rəsmiləri “çox qəzəbli” olub və Baş Nazir Ofisindən məxfi məlumatların sızmasının ilk dəfə baş vermədiyini vurğulayıblar.

Bizim.Media

Seçilən
38
1
bizim.media

2Mənbələr