AZ

Daniel Karvahal mövsümün sonunda Real ı tərk edəcək

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real"ın (İspaniya) müdafiəçisi və kapitanı Daniel Karvahal mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 34 yaşlı futbolçunu növbəti mövsüm üçün planlarına daxil etmədikləri barədə artıq məlumatlandırıb.

Təcrübəli müdafiəçi ilə Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, D.Karvahal "Real"ın yetirməsidir. O, Madrid təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 449 matçda 14 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr