AZ

Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək

Misirin mənzil tikintisi, kommunal təsərrüfatı və şəhər inkişafı naziri Randa Əl-Minşavi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Qahirədən Bakıya yola düşüb.

Ölkə.Az xəbər verir ki, bu barədə "Report" Misirin "Ahl Masr" saytına istinadən xəbər verir.

WUF13 çərçivəsində misirli nazir bir sıra yüksək səviyyəli iclas və tədbirlərdə iştirak edəcək, eləcə də digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

O, birgə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etməyi, həmçinin "ağıllı şəhərlər"in tikintisi, mənzil və infrastruktur layihələrinin icrası sahəsində Misirin təcrübəsini təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Seçilən
19
7
olke.az

8Mənbələr