"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatının növbəti oyununda komandasına kömək edə bilməyəcək.
QOL.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Hans-Diter Flik bildirib:
"Ötən matçda oyun vaxtını futbolçular arasında böldük. İndi fərqli bir heyət olacaq. Frenki de Yonq hazır deyil, o, özünü yaxşı hiss etmir. Reşforda gəlincə, müəyyən ümidlər var, lakin o da start heyətində yer almayacaq".
Qeyd edək ki, hər iki futbolçu komandanın məşqində iştirak etməyib. La Liqanın 37-ci turu çərçivəsində keçiriləcək "Barselona" - "Betis" qarşılaşması mayın 17-də baş tutacaq.