AZ

İPL kulminasiyaya doğru: “Arsenal” autsayderi qəbul edəcək, “Mançester Siti”ni Bornmut sınağı gözləyir in İCMALI

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İngiltərə Premyer Liqasında(İPL) çempionluq yarışının həlledici mərhələsi başlayır.

İdman.Biz xəbər verir ki, “Aston Villa”nın “Liverpul” üzərində 4:2 hesablı qələbəsi ilə 37-ci turun startı verilsə də, əsas qarşılaşmalar bazar günündən çərşənbə axşamınadək keçiriləcək.

Mövsümün başa çatmasına iki tur qalmış “Arsenal” 79 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 77 xalla ikinci pillədə qərarlaşıb. London klubu daha üstün mövqedədir. Mikel Artetanın komandası nəinki iki xal fərqinə malikdir, həm də 37-ci turda öz meydanında artıq Premyer Liqanı tərk etməsi rəsmiləşən “Bernli” ilə qarşılaşacaq. “Şəhərlilər” isə avrokuboklar uğrunda mübarizəni davam etdirən və tarixinin ən yaxşı mövsümlərindən birini keçirən güclü “Bornmut”la səfərdə üz-üzə gələcəklər.

“Arsenal” – “Bernli”

“Arsenal” üçün “Bernli” ilə oyun çoxdan gözlənilən çempionluq yolunda həlledici ola bilər. Əgər londonlular qalib gəlsələr, “Mançester Siti” çərşənbə axşamı “Bornmut”u mütləq məğlub etməli olacaq ki, son turun öncəsində intriqa qalsın. “Arsenal”ın qələbəsindən sonra Qvardiolanın komandasının xal itirməsi “topçular”ı vaxtından əvvəl çempion edəcək.

Liderin rəqibi kağız üzərində münasib görünür. “Bernli” 21 xalla 19-cu pillədə qərarlaşıb və artıq Premyer Liqada qalmaq şansını itirib. Bununla belə, Arteta heyətlə bağlı problemləri nəzərə almalı olacaq. Ben Uayt ciddi diz zədəsinə görə bu mövsüm bir daha meydana çıxa bilməyəcək. Rikkardo Kalafyori hələ də sual altındadır, Martin Edeqor isə “Vest Hem”lə oyunda uğurlu əvəzetmədən sonra start heyətinə qayıtmağa yaxındır.

“Arsenal” üçün bu görüş həm də mövsümün son ev matçı olacaq. Belə vəziyyətdə “Emireyts” amili xüsusi əhəmiyyət daşıya bilər. Komanda son tura ya çempion statusunda, ya da ən azı “Siti” üzərində üstünlüyünü qoruyaraq çıxmaq şansı qazanıb.

“Bornmut” – “Mançester Siti”

“Mançester Siti”nin vəzifəsi son dərəcə aydındır – qalib gəlmək və “Arsenal” üzərində təzyiqi davam etdirmək. Qvardiolanın komandası tura 77 xalla başlayır və artıq səhv etmək haqqına malik deyil. Hətta Bornmutdakı heç-heçə belə londonluların xeyrinə həlledici nəticə ola bilər.

“Siti” üçün çətinlik ondadır ki, rəqib hazırda olduqca təhlükəli görünür. “Bornmut” 55 xalla altıncı pillədədir və Premyer Liqada ardıcıl 16 oyundur məğlub olmur. Andoni Iraolanın komandası avrokuboklar uğrunda mübarizə aparır və uğurlu nəticələr fonunda daha yüksək pillələr uğrunda da şansını saxlayır. “Siti” üzərində qələbə “Bornmut”a top-7-də yeri, deməli ən azı avrokuboklara vəsiqəni təmin edə bilər.

Əlavə amillərdən biri də təqvimdir. “Mançester Siti” bu görüşü mayın 19-da – “Çelsi”yə qarşı İngiltərə Kubokunun finalından cəmi üç təqvim günü sonra keçirəcək. Komandanın bərpa üçün yalnız iki tam günü olacaq ki, bu da futbolçuların fiziki durumuna təsir göstərə bilər. Xüsusilə də mövsümün sonluğu “şəhərlilər”dən hər matçda maksimum konsentrasiya tələb edir.

İPL-in 37-ci turunun təqvimi

(Bakı vaxtı ilə)

15 may

“Aston Villa” – “Liverpul” – 4:2

17 may

“Mançester Yunayted” – “Nottingem Forest” – 15:30

“Brentford” – “Kristal Pelas” – 18:00

“Everton” – “Sanderlend” – 18:00

“Lids” – “Brayton” – 18:00

“Vulverhempton” – “Fulhem” – 18:00

“Nyukasl” – “Vest Hem” – 20:30

18 may

“Arsenal” – “Bernli” – 23:00

19 may

“Bornmut” – “Mançester Siti” – 22:30

“Çelsi” – “Tottenhem” – 23:15

37-ci turun əsas oyunları öncəsi APL-in turnir cədvəli

“Arsenal” – 79

“Mançester Siti” – 77

“Mançester Yunayted” – 65

“Aston Villa” – 62

“Liverpul” – 59

“Bornmut” – 55

“Brayton” – 53

“Brentford” – 51

“Çelsi” – 49

“Everton” – 49

“Fulhem” – 48

“Sanderlend” – 48

“Nyukasl” – 46

“Lids” – 44

“Kristal Pelas” – 44

“Nottingem Forest” – 43

“Tottenhem” – 38

“Vest Hem” – 36

“Bernli” – 21

“Vulverhempton” – 18

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr