AZ

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi ilə 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan silsilə tədbirlər keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, tədbirlər “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında təşkil olunacaq.

Tədbirlərə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə qoşula bilərlər.

Buraya ağacəkmə və təmizlik aksiyaları, maarifləndirici tədbirlər, sərgilər, açıq hava fəaliyyətləri və iqlim fəaliyyəti ilə bağlı ictimai təşəbbüslər daxildir.

Tədbirlə bağlı məlumatlar, iştirak imkanları və digər yeniliklər wed2026.az rəsmi platformasında yerləşdirilir.

"Cebheinfo.az"

Seçilən
1
1
cebheinfo.az

4Mənbələr