AZ

Javoxir Muxitdinov: Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 16 may, AZƏRTAC

Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Yüksəliş” Hərəkatının regional nümayəndəliklərinin rəhbəri Javoxir Muxitdinov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, ictimai fəallıq və sosial iştirakçılıq zəiflədikdə cəmiyyətdə müəyyən gərginliklərin yaranması mümkündür.

“Gənclərin etibardan və qərarvermə prosesindən uzaqlaşdırılması dövlətin sabahını təhlükə altına qoymaq deməkdir. Təcrübə göstərir ki, gənclərin qərarların qəbulunda iştirakı daha yüksək səviyyəyə qaldırılmalıdır”, – deyə Javoxir Muxitdinov vurğulayıb.

O qeyd edib ki, Özbəkistan təcrübəsi gənclərin yalnız dəstəyə ehtiyacı olan sosial qrup deyil, hüquqi məsuliyyət və təşəbbüs sahibi olan fəal təbəqə kimi qəbul edilməsinin vacibliyini nümayiş etdirir.

Müxbir - Səbinə Əlizadə

Fotoqraf - Azər İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr