ain.az bildirir, Lent az portalına istinadən.
Polşada saxlanılan rusiyalı “qanuni oğru”nun kimliyi bilinib.
Lent.az xəbər verir ki, daxili işlər və administrasiya naziri Marsin Kiervinskinin sözlərinə görə, Mərkəzi İstintaq Polisi Bürosu, Daxili Təhlükəsizlik Agentliyi və Sərhəd Mühafizə Xidmətinin əməkdaşları birgə əməliyyat keçiriblər. Əməliyyat zamanı Polşada mütəşəkkil cinayətkarlıqla əlaqədə olduğu ehtimal edilən Rusiya vətəndaşı saxlanılıb.
“O, deportasiya proseduru başa çatana qədər xarici vətəndaşlar üçün nəzərdə tutulmuş mühafizə olunan mərkəzdə saxlanılır”, — deyə qurum rəhbəri X sosial şəbəkəsində yazıb.
Məlumata görə, söhbət aprelin sonunda saxlanılan “Mamulo” ləqəbli “qanui oğru” 79 yaşlı Vladimir Cibladzedən gedir. Bildirilir ki, onun barəsində əvvəllər İnterpol tərəfindən “yaşıl bildiriş” yayılıb. Bu bildiriş cinayət fəaliyyəti ilə əlaqəli və potensial təhlükə yarada biləcək şəxslərlə bağlı iştirakçı ölkələri xəbərdar etmək üçün istifadə olunur.
Qeyd edək ki, bir neçə il əvvəl Gürcüstanın ən nüfuzlu “qanuni oğru”su “Taro” ləqəbli Tariel Oniani Polşada “Mamulo”nu döyüb. Oniani özü də mərhum azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ilə müttəfiq olub.

Vladimir Cibladze
***
15 may, saat: 12:59
Polşa polisi və xüsusi xidmət orqanları 79 yaşlı rusiyalı “qanuni oğru”nu saxlayıb.
Lent.az xəbər verir ki, saxlanılan şəxsin adı və soyadı açıqlanmayıb. Hazırda o, xarici vətəndaşlar üçün nəzərdə tutulmuş mühafizə olunan mərkəzdə saxlanılır. Onun Rusiyaya ekstradisiyası planlaşdırılır.
Qeyri-rəsmi məlumatlara görə, dünyada “qanuni oğru” statusu daşıyan təxminən 400 nəfər var.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.