Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiyalı stomatoloq Yekaterina Şaula bildirib ki, saqqız çeynəmək xroniki baş ağrılarına səbəb ola bilər.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, o, saqqızın yalnız yeməkdən sonra və 10–15 dəqiqədən artıq olmayaraq istifadə edilməsini tövsiyə edib.
Onun sözlərinə görə, yemək zamanı tüpürcək vəziləri daha aktiv işləyir. Tüpürcək həm qida qalıqlarını mexaniki şəkildə təmizləyir, həm də diş çürüməsinə səbəb olan turşuların təsirini zəiflədir. Lakin həkim vurğulayıb ki, bu qoruyucu mexanizm yalnız şəkərsiz məhsullarda effektiv olur.
“Əsas tibbi əks göstəriş çənə oynağının funksional pozğunluğudur. Əgər ağız açarkən şaqqıltı və ya ağrı hiss edirsinizsə, oynağa düşən əlavə yük məhdudlaşdırılmalıdır”, - deyə mütəxəssis qeyd edib. Bundan əlavə, dişlərin həddindən artıq aşınması və bruksizm (diş qıcama) problemi olan şəxslər də ehtiyatlı olmalıdırlar.
Həkim əlavə edib ki, sorbitol kimi məşhur şirinləşdiricilər həddindən artıq istifadə zamanı bağırsaq problemləri və ishala səbəb ola bilər.
Uşaq və yeniyetmələrdə isə saqqız üz əzələlərinin həddindən artıq yorulmasına görə xroniki baş ağrılarını yarada bilər. Breket taxanlar üçün də risk var — saqqız aparatın hissələrinə yapışaraq breketlərin qopmasına səbəb ola bilər.
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.