AZ

Böyük Britaniyadan Antalyaya gedən təyyarəni təcili endirdilər

Böyük Britaniyanın Bristol şəhərindən Antalyaya uçan "SunExpress" şirkətinin təyyarəsi göyərtədə bombanın olduğuna dair məlumatdan sonra "London-Stansted" hava limanına təcili eniş edib.

AzNews.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat verib.

"Aparılan yoxlamadan sonra bomba haqqında xəbərin yalan olduğu məlum olub", - deyə məlumatda bildirilib.

Agentliyin məlumatına görə, mümkün təhlükə barədə siqnal təyyarənin havaya qalxmasından qısa müddət sonra alınıb. Ekipaj təyyarəni təcili endirmək qərarına gəlib.

Seçilən
24
2
aznews.az

3Mənbələr