AZ

Güclülər dünyasında yeni səhifə açıb tarix yazan LİDER

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Dünya dərin dəyərlər böhranını yaşayır. Bir zamanlar “beynəlxalq hüquq”, “ədalət”, “qlobal təhlükəsizlik”, “humanizm” kimi təqdim olunan anlayışlar artıq böyük güclərin siyasi maraqları qarşısında əhəmiyyətini itirməkdədir. Müasir beynəlxalq münasibətlər sistemi getdikcə daha çox “cəngəllik qanunları”nın hökm sürdüyü bir reallığa çevrilir. Güc sahibi olanın haqlı sayıldığı, siyasi və iqtisadi imkanların hüququ üstələdiyi təhlükəli bir mərhələ yaşanır.Lakin tarix göstərir ki, qlobal xaos dövrlərində yalnız uzaqgörən liderlər və strateji düşünən dövlətlər yeni düzənin memarına çevrilə bilirlər. Məhz belə bir mürəkkəb geosiyasi mərhələdə Türk dünyası taleyüklü seçim etdi – böhranları təhlükə deyil, fürsətə çevirmək yolunu seçdi.

Bu gün artıq aydın görünür ki, Türk Dövlətləri Təşkilatı sadəcə mədəni birlik platforması deyil. TDT XXI əsrin yeni geosiyasi güc mərkəzi kimi formalaşır. Bu yüksəlişin əsas memarlarından biri isə Prezident İlham Əliyevdir”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.Beynəlxalq arenada yeni nəfəs: TDTMillət vəkili  bildirib ki, Azərbaycan artıq proseslərin sadəcə iştirakçısı deyil: “Bakı regional və qlobal proseslərə istiqamət verən, yeni əməkdaşlıq formatları yaradan, geosiyasi sabitliyin əsas sütunlarından birinə çevrilən dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət “ayıran deyil, birləşdirən diplomatiya” modelidir.

Bu siyasətin nəticəsidir ki, Türk Dövlətləri Təşkilatı qısa müddətdə Avrasiyanın ən perspektivli strateji platformalarından birinə çevrilib. Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşü bunun parlaq nümunəsi oldu.

Türküstan sadəcə şəhər deyil. O, Türk sivilizasiyasının mənəvi yaddaşıdır. Xoca Əhməd Yəsəvinin irsi ilə yoğrulmuş bu müqəddəs məkan türk xalqlarının ortaq kimliyinin rəmzidir. Məhz belə bir şəhərdə Türk dünyasının liderlərinin bir araya gəlməsi təsadüfi deyil – bu, yeni tarixi mərhələnin elanıdır”.Şuşadan Türküstana uzanan böyük yolF.İbrahimli əlavə edib ki, əslində bu strateji xəttin ideoloji təməli 2024-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qoyuldu: “TDT Dövlət Başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk dünyasının həmrəyliyinin siyasi manifestinə çevrildi.

Şuşa Zirvəsi ilə türk inteqrasiyası yeni mərhələyə qədəm qoydu. Qarabağ Bəyannaməsi yalnız siyasi sənəd deyildi. Bu sənəd Türk dünyasının gələcək geosiyasi xəritəsinin konturlarını müəyyənləşdirirdi.Bu gün Türküstanda davam etdirilən həmin kurs artıq daha böyük hədəflərə istiqamətlənib: Bunlar ortaq iqtisadi məkanın yaradılması; rəqəmsal inteqrasiyanın sürətləndirilməsi; süni intellekt sahəsində əməkdaşlıq; Orta Dəhlizin qlobal logistika arteriyasına çevrilməsi; ortaq təhlükəsizlik platformasının formalaşdırılmasıdır”. İlham Əliyev yeni güc balansının memarlarından biridirDeputat qeyd edib ki, Prezident İlham Əliyevin Türküstandakı çıxışı əslində yeni geosiyasi fəlsəfənin təqdimatı idi: “Dövlət başçısı açıq şəkildə göstərdi ki, Türk dünyası artıq yalnız tarix və mədəniyyət üzərində birləşmir. Türk dövlətləri texnologiya, rəqəmsal inkişaf, süni intellekt və qlobal logistika sahəsində də vahid strateji gücə çevrilmək niyyətindədir.

Azərbaycanın “Rəqəmsal İpək Yolu” layihəsində oynadığı rol, Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaradılması, Süni İntellekt Strategiyasının qəbul olunması və Bakının texnoloji mərkəzə çevrilməsi yeni dövrün xəbərçisidir.

Prezident İlham Əliyevin söylədiyi kimi, “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”.

Bu artıq siyasi şüar deyil – reallığa çevrilən strateji xəttdir.

Orta Dəhliz – Türk dünyasının geosiyasi şah damarı

Müasir dünyanın ən böyük savaşlarından biri enerji və logistika uğrunda gedir. Qlobal marşrutların dəyişdiyi, yeni iqtisadi xəritələrin formalaşdığı bir dövrdə Türk dünyası Avrasiyanın əsas tranzit gücünə çevrilir.

Burada Azərbaycanın rolu müstəsnadır.

Bu gün Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri təkcə regional layihə deyil – Avropanı Asiya ilə birləşdirən yeni geosiyasi magistraldır.

Türk inteqrasiyası artıq yalnız mədəni və siyasi birlik deyil. Bu birlik qlobal logistika təhlükəsizliyinin təminatçısına çevrilir.

Türk dünyası artıq geosiyasi oyunçuya çevrilir

Bir vaxtlar Türk Dövlətləri Təşkilatına skeptik yanaşan qüvvələr bu gün fərqli reallıqla üz-üzədirlər. Artıq TDT beynəlxalq münasibətlər sistemində ciddi siyasi çəkisi olan platformadır.

Özbəkistanın təşkilata tamhüquqlu üzv olması, Qazaxıstanın strateji təşəbbüsləri, Türkiyənin qlobal gücü, Azərbaycanın siyasi liderliyi və Mərkəzi Asiyanın artan potensialı birlikdə yeni Avrasiya güc mərkəzi formalaşdırır.

Ən mühüm məqamlardan biri isə budur: Türk dünyası qarşıdurma modeli deyil, əməkdaşlıq modeli təklif edir. Bu, parçalanan dünyanın birləşdirici platformasıdır.

1926-dan 2026-ya – Bakının tarixi missiyası

2026-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq. Bu, sıradan yubiley deyil. Bir əsr əvvəl Bakıda başlanan ideya bu gün geosiyasi reallığa çevrilir.

Hələ 1926-cı ildə türk xalqları ortaq dil, ortaq düşüncə və ortaq gələcək ideyasını müzakirə edirdilər. Bu gün həmin ideyalar TDT çərçivəsində praktiki şəkildə həyata keçirilir.

Azərbaycan yenə də Türk dünyasının intellektual mərkəzi rolunu oynayır.

Güclülərin dünyasında söz sahibi olan Azərbaycan

Müasir beynəlxalq münasibətlər sistemində zəif dövlətlərin taleyi başqalarının qərarlarından asılı olur. Güclü dövlətlər isə oyunun qaydalarını özləri müəyyənləşdirirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq məhz belə dövlətlər sırasındadır.

44 günlük Vətən müharibəsi ilə regionun geosiyasi xəritəsini dəyişən Bakı indi Türk dünyasının strateji inteqrasiyasının əsas hərəkətverici qüvvəsinə çevrilib.

Bu gün artıq dünya yeni reallığı qəbul edir:

Türk dünyası yüksəlir.

Azərbaycan bu yüksəlişin mərkəzində dayanır.

İlham Əliyev isə güclülərin dünyasında yeni səhifə açan lider kimi tarix yazır”.Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
olke.az

3Mənbələr