AZ

Metro stansiyalarının əhaliyə nisbəti: Bakı hansı yerdədir

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Siyahıda ikinci yerdə Rusiyanın paytaxtı Moskva qərarlaşıb. Rəsmi məlumatlara görə, burada 13,1 milyon əhali yaşayır və 263 metro stansiyası fəaliyyət göstərir. Moskada hər 100 min nəfərə düşən stansiya sayı 2-yə bərabərdir. Özbəkistanın paytaxtı Daşkənd 1,85 göstərici ilə üçüncü pillədə yer alıb. Şəhərdə 2,7 milyon nəfər üçün 50 metro stansiyası mövcuddur. Cənub qonşumuz İranın paytaxtı Tehran isə 155 stansiya və 9,8 milyon əhali ilə hər 100 min nəfərə görə 1,57 stansiya göstəricisinə malikdir. Türkiyənin paytaxtı Ankara 81 metro stansiyası ilə siyahıda 1,44 göstərici əldə edib. İstanbul da oxşar nəticə göstərərək 236 stansiya və 16,4 milyon əhali ilə 1,43 göstəriciyə sahib olub. Bakı siyahıda aşağı pillələrdə qərarlaşıb. Rəsmi məlumatlara görə paytaxtın 2,5 milyona yaxın əhalisinə 27 metro stansiyası xidmət göstərir və hər 100 min nəfərə 1,06 stansiya düşür. Ən aşağı göstərici isə İrəvanda qeydə alınıb. Şəhərin 1,1 milyon əhalisi üçün 10 metro stansiyası fəaliyyət göstərir və göstərici 0,90 təşkil edir. Yeniavaz.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
4
azvision.az

5Mənbələr