Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyədə Samsun şəhərinin İlkadım rayonunda səhər saatlarında küçənin ortasına PUA (pilotsuz uçuş aparatı - dron) düşüb.
Bu barədə Bakupost.az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, məhəllə sakinləri güclü partlayış səsinə oyanıblar. Hadisə məhəllədə çaxnaşmaya səbəb olub. Parçalanmış PUA yaxınlıqdakı iki binaya maddi ziyan vurub.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
İlkin araşdırmalar nəticəsində düşən cismin qanad və quyruğu təxminən 1 metr olan PUA olduğu məlum olub.
Zərbənin təsirindən PUA parçalanıb, yaxınlıqdakı iki binanın damlarına və pəncərələrinə zərər dəyib. Heç kim xəsarət almayıb.
Polis PUA-nın kimə aid olduğunu və hansı məqsədlə istifadə edildiyini araşdırır. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və parçalanmış dron yoxlama üçün polis bölməsinə aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.