AZ

ABŞ Dövlət katibi Maduronun geyimini kopyalaması iddialarına cavab verdi

ABŞ Dövlət katibi Marko Rubio Venesuelanın devrilmiş lideri Nikolas Maduro saxlanılan zaman əynində olan “Nike” markalı idman geyiminin eynisindən geyinməsi barədə danışıb.

Azreform.info  xarici KİV-ə istinadla xəbər verir ki, paylaşımı ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olan Rubio geyim seçiminin şüurlu bir mesaj daşımadığını bildirib.

"O, əslində məni kopyalamışdı, çünki məndə ondan əvvəl var idi. Onun nə vaxt aldığını bilmirəm”, - deyə o söyləyib.

Qeyd edək ki, N.Maduro bu ilin əvvəlində ABŞ qüvvələri tərəfindən keçirilən əməliyyatdan sonra saxlanılıb. Maduro saxlanılan zaman əynində olan “Nike”ın “Tech Fleece” modelindəki idman geyimi sosial şəbəkələrdə gündəm olmuşdu.

Billurə

Seçilən
2
2
azreform.info

3Mənbələr