AZ

Baş nazirin müavini Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşdü

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Publika.az-a bildiriblər ki, mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə Hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak üçün Bakıya gəlmiş Səudiyyə Ərəbistanının nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Seçilən
0
19
publika.az

10Mənbələr