Hörmüz boğazı 2026-cı ilin yayından gec olmayaraq açılacaq.
AzNews.azOxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib.
"Hörmüz boğazından keçid mümkün olduğu zaman dərhal bərpa olunacaq, lakin ən geci bu yay olacaq", - deyə Rayt bildirib.
Nazir əmin edib ki, əgər İran qlobal iqtisadiyyatı girov saxlamağa davam edərsə, ABŞ hərbçiləri Hörmüz boğazını güc tətbiq etməklə açacaq, lakin bu, asan məsələ deyil.
"Biz bu istiqamətdə ilk addımları atmışıq, amma hərbi gücə əl atmadan saziş bağlamaq daha yaxşıdır", - deyə Kris Rayt qeyd edib.