AZ

Türkiyədə PUA yaşayış binasına çırpıldı – VİDEO

Türkiyənin Samsun şəhərində pilotsuz uçuş aparatı yaşayış evlərinin üzərinə düşüb.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində bəzi evlərin dam örtüklərinə ziyan dəyib, həmçinin pəncərələrin şüşələri sınıb.

Məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Hazırda Türkiyə hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatının kimə məxsus olduğunu araşdırır.


Bizim.Media

Seçilən
48
1
bizim.media

2Mənbələr